İsrail rejimi ilə HƏMAS arasındakı əsirlərin dəyişdirilməsi çərçivəsində azad olunan 11 fələstinli Türkiyəyə gətirilib.(AA) Azad olunan şəxslərdən biri qadındır.
Onlar Türkiyəyə Misirin paytaxtı Qahirədən gətirilib. Qeyd edək ki, İsrail rejiminin əsirliyindən azad olunan 1027 fələstinlidən 477-si artıq azad olunub. Sərbəst buraxılanlardan 40-ı üçüncü ölkəyə (Qətər, Suriya və Türkiyə) ötürülüb.