Bu gün 200 fransalı hərbçi Əfqanıstanı tərk edəcək. Bu, Fransa prezidenti Nikola Sarkozinin hərbi kontingenti Əfqanıstandan çıxarmaqla bağlı qərarı çərçivəsində baş verir. Qərara əsasən, daha 200 fransız hərbçi Yeni il ərəfəsində vətənə dönəcək. 2012-ci ildə isə 600 hərbçinin Əfqanıstanı tərk etməsi planlaşdırılır.
Xatırladaq ki, NATO komandanlığı altında Əfqanıstanda xidmət aparan beynəlxalq qüvvələrin 2014-cü ildə oranı tamamilə tərk etməsi nəzərdə tutulub. /Azadlıq radiosu/