İran parlamentinin 220 üzvü ABŞ-da keçirilən “Uoll striti işğal et” aksiyasını dəstəklədikləri haqqında bəyanat qəbul ediblər.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, bəyantda ABŞ-ın anti-kapitalist hərəkatının fəallıq dinamikasının artamsı qeyd olunur və sözügedən aksiyanı bu sistemin süqutunun başlanğıcı olduğu bildirilir.
Bəyanatda həmçinin deyilir ki, bu hərəkat Yaxın Şərqdə və Şimali Afrikada cərəyan edən inqilab dəyişikliklər fonunda baş verir və İran İslam İnqilabının Ali dini lideri ayətullah Seyyid Əli Hameneyi tərəfindən əvvəlcədən proqnozlaşdırılıb.
İran deputatları vurğulayır ki, beynəlxalq birlik dünyada mövcud olan siyasi sistemə prinsipial dəyişiklik etmək istəyirlər. Deputatlar amerikanın etirazçı cəmiyyətlərinə dəstəklərini ifadə edərək, ABŞ-da baş verən həbsləri və nümayışçilərlə sərt davranışı pisləyiblər.