POPULYARXƏBƏRLƏR

İnandığımız kimi yaşayaq

Əziz müsəlmanlar!

Hər birimizə məlumdur ki, bu dünyaya gəlişimiz və dünya həyatı bir oyun, əyləncə deyil və bir səbəbə bağlıdır. Sürdüyümüz ömür isə bu səbəbi nə dərəcədə anlamağımızdan çox asılıdır. İnsanın yaradılış qayəsi Qurani-Kərimdə açıq-aydın bildirilmiş və bu hikmət Allaha qulluq, ibadət tapşırığı ilə əlaqələndirilmişdir. Deməli insan dünyaya nəsə əldə etmək üçün və ya kef çəkmək üçün deyil, ibadət sınağından keçərək Allahın rizasını qazanmaq üçün gəlir. Bu səbəbdən də Allaha inanan şəxsin əsas işi ibadət olmalı, hər bir gününü ibadətə görə tənzimləməli, bütün qalan işlərini isə ikinci plana keçirməlidir.

Amma çox təəssüf ki, biz tamamilə bunun əksinə hərəkət edirik. Gündəlik fəaliyyətimizin böyük bir hissəsini bu fani dünyadan daha çox zövq almaq üçün çalışdığımız dünyəvi işlər tutur. Ailə, iş, karyera, əyləncə və sairə və ilaxır. Həyatımızın əsas qayəsi olan ibadətlər isə ikinci, bəzən isə üçüncü, dördüncü və daha nə bilim neçənci plana keçir.

Görəsən bütün bunların səbəbi nədir? Niyə dinimizə, ibadətlərimizə bu qədər laqeydik? Həqiqətənmi bunun əsas səbəbi vaxt azlığı ilə bağlıdır? Deyirlər guya işlərin çoxluğu gündə beş dəfə dəstəmaz alaraq namaz qılmağa imkan vermir. Yəni vaxt aparan hesab elədikləri gündəlik namazlar bu qədər çox vaxt aparır? Üst-üstə hesablasan yarım saat. Bəlkə də daha az. Dəstəmaz və başqa hazırlıqları da nəzərə alsaq qoy olsun bir saat. Məgər bu çoxdurmu? Təsəvvür edin ki, bir nəfər sizə iyirmi dörd ədəd qızıl külçə verir, sonra isə bu külçələrin birini geri istəyir. Verməzsinizmi? Bəs bizə həyat bəxş edən Allah üçün gündə iyirmi dörd saatımızdan birini niyə verə bilmirik? Yenə də bəhanələr tapılacaq. Namaz vaxtına təsadüf edən vacib görüşlər, mühüm iclaslar, namaz qılmaq üçün yerin olmaması və s. Nə qədər ki, din bizim gözümüzdə bir məşğuliyyət, ibadətlər isə ixtiyari məsələ olacaqsa, namaz üçün gündə bir saat vaxt tapmaq problemi də həll olunmayaraq qalacaq. Amma o vaxt ki, dinimizi gündəlik həyat tərzimizə çevirəcəyik, ibadətlər birini plana keçəcək onda ibadətlərimiz günümüzün iyirmi dörd saatını da alsa tərk etmərik. Çünki onu dərk etməliyik ki, ibadətlərimizə və ümumiyyətlə bütün əməllərimizə görə haqq-hesab günü mütləq gələcək və bu haqq-hesab günü sabah da ola bilər. Uğrunda ibadətlərimizi qurban verdiyimiz dünyəvi işlərimiz isə heç bir nəticə verməyə də bilər. Çünki bizim sürdüyümüz ömür və qazandığımız ruzi cəhdlərimizə görə deyil, ilahi təqdirə görə formalaşır. Ona görə də nəticəsi dəqiq olan işləri nəticəsi qeyri-müəyyən olan işlərə qurban verməyək. Peyğəmbərimizin də buyurduğu kimi, sanki sabah öləcəyik kimi axirətə hazırlaşaq.

Bəzən görürük ki, namaz qılmayan insanlar buna səbəb kimi çox maraqlı arqumentlər gətirirlər. ''Hələ tezdi'', ''hələ hazır deyiləm'', ''qocalanda qılaram'' və bu kimi bəhanələr yəqin ki, çoxlarına tanışdır. Düzdür, mən burada bu cür absurd bəhanələrə cavab vermək fikrindən çox uzağam. Lakin belə insanlara həmişə bir sualım olur ki, axı sabaha çıxacağını haradan bilirsən? Məgər bu bərədə zəmanətin var?

Əziz mömin qardaşlar!

Din – hər bir insanın gündəlik həyatında yaşadığı həyat tərzi olmalıdır. Çünki bu bir xobbi və ya məşğuliyyət forması deyil, bəşəriyyətə iki dünya səadəti bəxş edən, azğınlıqdan xilas edən bir vasitədir. Allaha iman edən şəxs Alladan qorxmalı, Quranı qəbul edən şəxs onun əmrlərinə tabe olmalıdır. "Dindar" anlayışı ortadan qalxmalı, bu anlamda hər bir müsəlman dindar olmalı, yəni dinə uyğun həyat tərzi yaşamalıdır. Artıq ibadətlərimizi başqa işlərimizə görə deyil, başqa işləri ibadətlərimizə görə tənzimləməliyik. Əgər bu dini qəbul etmişiksə əsaslarına əməl etməli, inandığımız kimi yaşamalıyıq. Əks təqdirdə yaşadığımız kimi inanmağa başlayacağıq.
Aqil HACIYEV ([email protected])



Yerləşdirilib:14 Dekabr, 2007  08:47, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com