Fələstinin HƏMAS hakimiyyətinin əsirliyində saxlanılan İsrail rejiminin hərbçisi Gilad Şalit imzalanmış razılaşma əsasında azadlığa buraxıldıqdan sonra hələ Misir ərazisində olan zaman bu ölkənin telekanallarına ilk qısa müsahibəsini verib, - “MigNyus” xəbər verir.
Özünün azad ediləcəyini gözləyib-gözləmədiyinə münasibət bildirən Şalit bildirib ki, yalnız bir həftə öncə azad ediləcəyini bilib və buna yalnız indi inanıb.
Jurnalistlər ona azad olduqdan sonra hansı işləri görəcəyi barədə sual verib. Onun cavabı isə belə olub: “Mən fələstinli məhbusların azad edilməsi üçün çalışacağam”.