Pakistan ilə Əfqanıstan sərhədində qanlı qarşıdurma baş verib.(dunyabulteni) Hadisə nəticəsində 9-u əsgər olmaqla 23 nəfər ölüb.
Verilən məlumata görə, Pakistan ordusu sərhədə yaxın ərazidə olan bir məntəqəyə hücum edib. Bundan sonra ərazidə olan silahlı şəxslərlə əsgərlər arasında atışma baş verib. Pakistan rəsmiləri 14 silahlı şəxsin ölü olaraq ələ keçirildiyini bildirir.