Küveytin xarici işlər naziri Məhəmməd Əs-Sabah istefa verdiyi üçün Nazirlər Şurasının iclasında iiştirak etməyib. Onun vəzifəsinə şahzadə Navaf Əl-Əhməd təyin olunub. Bunu ölkənin “Əl-Anba” qəzeti yüksək vəzifəli mənbəyə istinadən yazıb.
Mənbənin verdiyi məlumata görə, bu qərarın səbəbi korrupsiya ilə bağlı ittiham olub. Nazirin fikrincə, hökumət ölkədə hər hansı islahatların keçirilməsinə qadir deyil.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, Küveytin xarici işlər naziri və onun müavini məhkəmə hakimiyyəti tərəfindən korrupsiyada günahlandırırlar. Məhz ölkənin hazırki Baş naziri Naser Əl-Məhəmmədin iştirakı ilə çoxmillyonlu pul köçürmələri baş tutub.