İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu ilə telefon danışıqları zamanı regional hadisələri və əsas beynəlxalq problemləri müzakirə ediblər.
SalamNews ISNA-a istinadən xəbər verir ki, tərəflər Əli Əkbər Salehin yaxın vaxtlarda Ankaraya səfəri barədə razılığa gəliblər. Planlaşdırılmış səfərin məqsədi tərəflərin qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin keçirilməsidir.