İran Atlantik okeanına ölkənin Hərbi Dəniz Donanmasının gəmilərini göndərmək niyyətindədir.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri, generalı Əhməd Vahidi bəyan edib. Onun sözlərinə görə, İran Xəzər dənizi, Fars və Oman körfəzi, Hind okeanı və digər beynəlxalq sularda əhəmiyyətli mövcudluğa malikdir və həmçinin Atlantik okeanında mövcudluğunu həyata keçirmək niyyətindədir.
General Xəzərin Ənzəli limanındakı minadaşıyan gəmi (esmines) istehsalı zavoduna baş çəkərək bəyan edib ki, yaxın gələcəkdə “Camaran” oxşarlı gəminin inşası başa çatdırılacaq.