İranla Rusiya arasında uzun müddətdir S-300 sistemlərinin soyuq müharibəsi davam etdiyi məlum idi. İslam ölkəsi bu sistemləri əvəz edəcək daha yaxşı silah əldə etdiyini açıqlayıb. İSNA-nın verdiyi xəbərə görə, "Bavar-373" (İnam Simvolu-373) raket əleyhinə müdafiə sistemləri daha da təkmilləşdirilib və Rusiya S-300 raketlərinin analoquna çevrilib.

Iran hərbi hava qüvvələrinin generalı Şahroh Şahram yeni məlumatı ictimaiyyətə açıqlayarkən İran sisteminin Rusiya istehsalından nə ilə fərqləndiyini gizli saxlayıb.
İranın Mehr agentliyi isə yazır ki, Bavar sistemləri uzun, qısa və orta məsafərləri hədəfə almaq qabiliyyətinə malikdir. Agentlik həmçinin yazıb ki, artıq Bavar-373 sistemlərinin buraxılması haqda qərar verilib.
Xatırladaq ki, Rusiya ilə İran arasında S-300 sistemlərinin tədarükünə dair razılaşma 2007-ci ildə imzalanmışdı. Sövdələşmənin dəyəri 800 milyon dollardan artıq qiymətləndirilmişdi.
Lakin ötən ilin 22 sentyabr tarixində Rusiya prezidenti Dmitri Medvedev İrana S-300 sistemləri, zirehli avtomobillər, hərbi təyyarələr, vertolyot və gəmilərin tədarükünü qadağan edən fərman imzaladı. ANS PRESS