İki həftəlik fəaliyyətdən sonra Buşer AES müvəqqəti olaraq milli elektrik şəbəkəsindən ayrılıb.
SalamNews-un ''MehrNews''-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Atom Enerjisi Təşkilatının nümayəndəsi məlumat verib. Məlumata görə, elektrik verilişinin dayandırılması texniki test və yoxlamaların aparılması ilə əlqələndirilir.
AES fəaliyyətə başladıqdan sonra 50 faiz plan gücü ilə çalışıb. Yaxın zamanlarda AES-in fəaliyyəti bərpa olunacaq. Noyabr ayından etibarən isə Buşer tam gücü ilə fəaliyyətə başlayacaq və 1000 meqavatt elektrik enerjisi istehsal etmək iqtidarında olacaq.