Suriya telekanalı Qəddafinin oğlu Hamisin avqust ayında Tarxun şəhərindəki aparılan döyüşlərdə həlak olduğu faktını təsdiqləyib. Hamisin əmisi oğlu Məhəmməd Əs Senusini də qətlə yetirildiyini bildirib. Bunu bazar ertəsi "Reuters" agentliyi xəbər verir.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, Hamis Qəddafinin və Məhəmməd Əs Senusinin qətli barədə ilk xəbər avqustun sonlarında verilib. Bu xəbəri sentyabrın əvvəli MKŞ-nın müdafiə nazirliyin nümayəndəsi Əhməd Bani təsdiqləyib.
"Reuters" agentliyin verdiyi məlumata görə, Qəddafinin oğlu və Əs Senusi cari ilin avqustun 29-u “öz vətənin düşmənləri ilə döyüşərkən” həlak olub.
Xatırladaq ki, fevralın ortalarından Liviyada kütləvi nümayışlar başlayıb. Nümayışçılar Müəmmər Qəddafinin istefasını tələb edirdilər. Son 6 ayda Qəddafi rejimin əleyhdarları Liviyanın ərazisinin demək olar ki çox bir ərazisini nəzarət altına alıblar. Hərbi hərəkatların ilk dəyişiklikləri, NATO aviasiyası tərəfindən liviyanın paytaxtı Tripolini ələ keçirdikdən sonra baş verib. Müəmər Qəddafinin həyatı barədə heç bir məlumat verilməyib.
Fevralda ölkədə hakimiyyətin vahid legimitliyini elan edən müxalifət Benqazide Milli Keçid Şurası formalaşdırılıb.