Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ABŞ prezidenti Barak Obama Baş nazir Ərdoğana 9 ayda 11 dəfə zəng vurub.
Salamnews-un "Doğan" agentliyinə istinadən verdiyi xəbərə görə, Davudoğlu deyib ki, bu telefon danışıqlarının birində Obama ilə Ərdoğanın İran və İsrail mövzusunda sözü çəp gəlib. Obama Baş nazirə deyib: "İran mövzusunda, uran müqaviləsi məsələsibndə səhvə yol verdiniz". "İranı niyə qoruyursunuz" deyə soruşub. Ərdoğan isə "Mən İranı qorumuram, ancaq siz İsrailin vəkilliyini edirsiniz" cavabını verib".
Ərdoğanın İran və İsrail mövzusunda mübahisələri yarandığı ortaya çıxıb. AKP-nin 18-ci müşavirəsində çıxış edən xarici işlər naziri Əhməd Davudoğlu, xarici siyasət mövzusunda deputatlara məlumat verib. Davudoğlu, ABŞ-Türkiyə münasibətləri ilə bağlı deyib: "ABŞ üçün Türkiyə çox əhəmiyyətli bir ölkədir. Əvvəllər ABŞ başçıları Türkiyə ilə Yunanıstanı bir səviyyədə tuturdular, bir ölkəyə gedən zaman diğər ölkəyə də gedərdilər. Ancaq Obama ilk səyahətini Türkiyəyə etdi. Yunanıstana heç getmədi".