Ötən il mayın 30-da Aralıq dənizinin beynəlxalq sularında baş vermiş hadisələrə həsr olunmuş ""Mavi Mərmərə" ("Azadlıq Flotiliyası") ilə azadlığa" tədbiri zamanı "Avropa" otelinin rəhbərliyinin göstərişi ilə zalda asılmış stendlər çıxarılıb.
SalamNews-un verdiyi xəbərə görə, hadisələrə həsr olunmuş stendlərin çıxarılması tədbirin təşkilatçısı Bülənt Yıldırım, Milli Məclisin bir qrup deputatı, Fələstinin Azərbaycandakı səfiri, həmçinin, bir sıra ictimai xadimin və jurnalisin gözləri qarşısında baş verib.