ABŞ hökümıti başa düşməlidir ki, İrana qarşı atılan hər bir addım adekvat cavablandırılacaq. Bu bəyanatla İslam İnqilabı Ali rəhbəri ayətulla Seyid Əli Hamenei çıxış edib.
SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, Kirmanşah şəhərində müəllim və tələbələrlə görüşən ayətulla bildirib ki, ABŞ İranı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil Əl-Cubeyraya qarşı terror aktı hazırlamaqda ittiham edir. Hazırda məsələ ilə bağlı istintaq aparılır və bu ssenari Birləşmiş Ştatlar tərəfindən qurulub.
"Bu addım ABŞ-da baş vermiş Uoll-Strit nümayişindən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və İran ilə Səudiyyə Ərəbistanı arasında arasında nifaq salmaq məqsədi güddüyünü bildirib. İki islam ölkəsi arasında ziddiyyətlərin yaranması İsrailə dəstəyin verilməsinə və onun regiondakı mövqeyinə müsbət təsir göstərəcək. Ölkəmiz öz mövqelərini möhkəm müdafiə edir. Biz heç kimin bizə hədə-qorxu gəlməsinə imkan verməyəcəyik. ABŞ hökməti anlamalıdır ki, İrana qarşı yönələn istənilən tədbir sərt şəkildə cavabını alacaq", - ayətulla Hamenei bəyan edib.