İraqın paytaxtı Bağdadda "Al-Haşed Aş-Şaabi" şiə qoşununun avtomobil karvanına hava zərbəsi endirilib.
Bu barədə RİA “Novosti” agentliyinə təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Məlumata görə, hadisə paytaxtın şimalında baş verib. Zərbə nəticəsində azı beş nəfər öldürülüb.
"Al-Haşed Aş-Şaabi"nin avtomobil karvanı bombardmana məruz qalıb. İlkin məlumatlara görə, beş nəfər həlak olub. Ölənlərin adları müəyyən edilməyib", - mənbə agentliyə bildirib.