Əfqanıstanın şimal-şərqində Tahar əyalətində terrorçu "Taliban" silahlıları ilə toqquşmada ən azı 17 xalq qoşunu nümayəndəsi ölüb.
Bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Dörd nəfər zərərçəkənin olduğu da bildirilir.
Hücumun dəf edilməsi zamanı 10 silahlı məhv edilib.