Fələstinin "FƏTH" təşkilatının lideri Mahmud Abbas İsrail rejimi ilə sülh danışıqlarının bərpası üçün şərt qoyub.(AA) Mahmud Abbasın İsrail rejimi qarşısında ən mühüm tələbi Qərbi Şəriədə qeyri-qanuni yəhudi məskunlaşma məntəqələrinin salınmasının dayandırılmasıdır.
Mahmud Abbas bəyan edib ki, yeni məskunlaşma məntəqələrinin salınması İsrail rejiminin danışıqların bərpasında maraqlı olmadığını nümayiş etdirir.
/Deyerler.org/