Oktyabrın 20-27-si tarixlərində Azərbaycanda ilk dəfə olaraq Mövlanə Cəlaləddin Rumi günləri keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Azərbaycan Yazıçılar Birliyindən veriblər. Tədbir UNESCO-nun elan etdiyi "Mövlanə Cəlaləddin Rumi" ili çərçivəsində keçiriləcək. Tədbir Türkiyənin Konya bələdiyyəsi, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü reallaşacaq.
Tədbirdə həmçinin İran və digər dövlətlərdən də nümayəndələr iştirak edəcək. Qeyd edək ki, oktyabrın 22-də Müslüm Maqamayev adına Azərbaycan Dövlət Flarimoniyasında tədbirin açılış mərasimi keçiriləcək.