Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.
TASS xəbər verir ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.
Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.
Təyyarə qəzasında 14 nəfər həlak olub, daha 35 nəfər xəsarət alıb. Yaralılardan 22-nin vəziyyəti ağır qiymətləndirilir.
İlkin ehtimallara görə, qəzaya səbəb təyyarənin mühərrikində yaranan nasazlıq olub.