İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbələr endirib.
Bu barədə İsrailin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yer alan açıqlamada bildirilir.
Qeyd olunub ki,İsrail Hərbi Hava Qüvvələri, Qəzza sektorundan atılan raketə cavab olaraq, HƏMAS təşkilatının bir sıra hədəflərini vurub.
Qeyd edək ki, 25 dekabr tarixində Fələstin muxtariyyətinin ərazisindən İsrailə raket buraxılıb. Raket İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.