Taliban son 24 saat ərzində Əfqanıstanın müxtəlif bölgələrində 100-dən çox silahlısını itirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib.
Bildirilib ki, son sutka ərazində ölkənin 15 əyalətində 18 əməliyyat həyata keçirilib. Nəticədə 109 Taliban üzvü öldürülüb və 45-i yaralanıb.
Bu əməliyyatlar zamanı 5 Taliban üzvünün əsir götürüldüyü deyilir.
Əməliyyat zamanı Talibanın Baqlan əyalətindəki liderlərindən biri Qari İshaq Gəcur da öldürülüb.
Eyni zamanda Talibanın sözçüsü Zəbihullah Mücahid iddia edib ki, onların qüvvələri Bəlx əyalətinin Dövlətabad rayonunun Dəheştan adlı kəndində ordu və polis mövqelərinə hücum edərək, bir postu ələ keçirib və 20 təhlükəsizlik qüvvəsini öldürüblər.
Ekspertlər bu qarşıdurmaların Talibanla ABŞ-ın apardığı danışıqlara mənfi təsir göstərəcəyini bildirirlər.