PKK/YPG terrorçuları Suriyanın Tel Abyad şəhərində bomba yüklənmiş avtomobillə terakt törədib.
İslam.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçuların Suluk Atik bölgəsinddə törətdiyi terakt nəticəsində biri uşaq, biri qadın olmaqla ümumilikdə 8 mülki vətəndaşın həlak olduğu, xeyli sayda insanın yaralandığı bildirilib.