POPULYARXƏBƏRLƏR

Hacı Rizvan: “Gürcüstan azərbaycanlıları buradakı məcsicdlərin qeydiyyatı prosesindən narazıdır” - MÜSAHİBƏ



Deyerler.org: Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə dini-mədəni abidələrə baxış keçirməyə başlayıb. Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinq Qrupunun (MAMQ) üzvü Zemfira Əzizbəyova APA-ya açıqlamasında bildirib ki, dini-mədəni abidələrə baxışın birinci mərhələsi oktyabrın 12-dən başlayıb.

Aparılan monitorinqlə bağlı Gürcüstan ruhanilərindən “Gürcüstanın “Əhli-beyt (ə)” mədəni-maarif cəmiyyəti”nin sədri, “Əhli-beyt (ə)” jurnalının baş redaktoru Hacı Rizvan İsmayılov Deyerler.org-a münasibətini açıqlamışdır: “Çox təəssüf ki, Gürcüstandakı məscidlərimizin heç bir statusu yoxdur. Bu məscidlərdən bəziləri “Qocalar evi”, “İbadət evi” və sair adlarla qeydiyyatdan keçib, bir çoxlarının isə heç qeydiyyatı yoxdur. Burada azərbaycanlılar yaşayan bölgələrdə təqribən 40-a qədər tarixi məscid var. Bu məscidlərin heç birinin sənədi yox idi. Son zamanlarda Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi məscidlərin, xüsusən də tarixi məscidlərin qeydiyyatı prosesi davam etdirirdi. Açığı biz bu gedişatdan narazıyıq. Bu mövzu ilə bağlı bizim buradakı ruhanilər şurasının çox ciddi narazılığı vardır. Biz istəyirik ki, bu proses müsəlmanların, ruhanilərin, din xadimlərinin iştirakı ilə aparılsın”.



Məsələ ilə bağlı bir neçə dəfə rəsmi dövlət məsulları ilə də danışıqlar apardıqlarını deyən Hacı Rizvan bu narahatlıq və narazılığı rəsmilərin də diqqətinə çatıdırıldığını deyir. Digər tərəfdən Gürcüstandakı tarixi məscidlərlə yanaşı yeni məscidlərin qeydiyyatı məsələsinə də toxunan ilahiyyatçı bu haqda demişdir: “Yeni məscidlərin də sənədləşdirilməsi zamanı onları da GMİ-ə tərəf yönəldirlər. Oradan lisenziya alandan sonra qeydiyyat prosesi davam etdirilə bilər. Doğrusu, bu mövzuda həm dövlət qurumları, həm də bu qurumla çox ciddi problemlərimiz var. Hazırda danışıqlar davam edir. Bu yaxınlarda da məsələ ilə bağlı 10 minə qədər etiraz imzaları topladıq və bu günlərdə Gürcüstan prezidenti Mixail Saakaşviliyə təqdim olunacaq. Təbii ki, biz də istəyirik ki, məscidlərimizin sənədi olsun və onlar dövlət tərəfindən himayə olunsun. Amma bütün bu proseslərin bizdən xəbərsiz aparıldığına görə bu ciddi narazılıq doğurur. Buradakı müsəlmanlarla, ruhanilərlə razılaşdırmadan bu proseslərin aparılması çox yalnışdır”.



Monitorinq aparanlarla bölgədəki ruhanilərin münasibətlərindən söz açarkən isə H.Rizvan qeyd eləmişdir ki, bu insanların hər biri dəyərli insanlar, qeyrətli və məsuliyyətli, eyni zamanda yaxından tanıdığı insanlardır. “Monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov qeyrətli bir azərbaycanlıdır. Çox yaxşı hüquq müdafiəçisidir, bu məsələlərə çox qayğılı və həssasıdır. O, bir neçə müddət bundan qabaq bu narahatlığın həlli üçün bu haqda beynəlxalq təşkilatlara da yazmışdı. Onları məlumatlandırmışdı ki, Gürcüstanda dini-tarixi abidələr baxımsız şəkildə qalmışdır, onların dövlət qayğısına ehtiyac var. Bütün bunlar onların qeyrət və məsuliyyətlərindən irəli gələn tədbirlər idi. Əlbəttə, biz də eynilə tarixi məscidlərimizin qorunmasını və bu sahədə dövlət tərəfindən digər tədbirlərin də görülməsini istəyirik. Amma çox təəssüflər olsun ki, bütün bu işlər buradakı ruhanilərlə razılaşdırılmadan həyata keçirilir. Bizim narahatlığımız bundan ibarətdir. Yəni bu məscidlərin qeydiyyata alınıb yenu quruma verilməsi gələcəkdə bizə ciddi problemlər yaradacaq. Söhbət həmin məscidlərin bu idarənin balansına verilməsindən gedir. Buna biz də, camaat da tam narazıdır”, - deyə Gürcüstanda yaşayan ilahiyyatçı bildirmişdir.



/Deyerler.org/



Yerləşdirilib:15 Oktyabr, 2011  16:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com