1,7 milyard müsəlmanın taleyi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkənin mövqeyindən asılı olmamalıdır. Dünya nizamının bu sistemi köhnəlib. Islam.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kuala Lumpurda keçirilən zirvə toplantısında açıqlayıb.
Prezident son illərdə Ankaranın üzləşdiyi təzyiqlərdən danışıb.
Onun sözlərinə görə, Türkiyəyə təzyiq böhtan dalğası, hərbi çevriliş cəhdi, terrorizmə dəstək və Türkiyə iqtisadiyyatını məhv etmək cəhdləri ilə müşayiət olunurdu.
"Ancaq Ankara mövqeyini dəyişmədi. Ankaraya artan təzyiqlərə baxmayaraq, Türkiyə getdikcə Fələstinə, Liviyaya, Somaliyə və Suriyaya dəstəyini açıq şəkildə bildirdi. Ankara qərarlı şəkildə BMT-nin islahatına ehtiyac olduğunu bəyan etdi", o deyib.