Əfqanıstanın Məzari-Şərif şəhərində baş verən partlayış azı 10 nəfərin ölümünə səbəb olub.
Bu barədə "TOLOnews" telekanalı məlumat verib.
Ölənlər arasında 3 uşaq və 2 qadının olduğu qeyd edilir. Yaralıların dəqiq sayı hələlik məlum deyil.
İlkin məlumatlara görə, yolun yaxınlığında olan mina partlayıb.