POPULYARXƏBƏRLƏR

İƏT Gənclər Forumunun 15 illiyi münasibəti ilə (2-ci hissə)

(Əvvəli: http://az.islam.az/news/a-35931.html)

20 illik qadağanı qıran təşəbbüs

İslam Əməkdaşlıq Təşkilatı (o zamanlar İslam Konftansı Təşkilatı – K.R.) tarixində ilk gənclər platforması olan İƏT Gənclər Forumunun Bakıdakı təntənəli təsis konfransından sonra əsas vəzifə İƏT-in ali orqanlarında da (İƏT XİN nazirləri Toplantısı, sammitlər – K.R.) Forumun rəsmi status alması idi. Bu isə o qədər də asan deyildi. Çünki o tarixə qədər son 20 ildə İƏT-də hər hansı yeni qurum təsis olunmamışdı. Təşkilat rəsmi qərar qəbul edərək yeni təşkilat yaradılmasını qadağan etmişdi. Bu səbəbdən də Azərbaycanın yaratdığı yeni təşkilatın İƏT-dən rəsmi status alması və təşkilatın “çətiri altına girməsi” də ardıcıl zəhmət və davamlı iş tələb edirdi.

E.Əsgərov xatırlayır ki, Bakıdakı təsis konfransından az sonra, 2005-ci ilin əvvəllərindən etibarən İKGF-nin nümayəndə heyəti Ciddədə yerləşən İslam Konfransı Təşkilatının (İKT) baş qərargahın ezam edilib, təşkilatın baş katibi, həmçinin digər strukturlarının rəhbərləri ilə də görüşlər keçirib. Daha sonra İKT-yə üzv ölkələrə səfərlər zamanı gənclər və xarici işlər nazirlikləri ilə görüşlər keçirilib, memorandumlar imzalanıb, birgə fəaliyyət planları müzakirə olunub, bir sözlə həm gələcək fəaliyyət üçün tərəfdaşlar tapılıb. Bütün bunlarla paralal olaraq həm də qarşıdan gələn İKT XİN toplantısı üçün lobbiçilik aparılıb.

Bu iş təşkilat tərəfindən ezam edilmiş qurumun yeni sədri Əli Sarıkaya və baş katibi Elşad İskəndərov tərəfindən 2005-ci il iyunun 28-30-da Yəmənin paytaxtı Səna şəhərində keçirilən İKT xarici işlər nazirlərinin 32-ci sessiyasında da davam etdirilib. Nəhayət, üzv dövlətlərin əksəriyyətinin dəstəyi ilə, İKGF-yə İƏT-in üzv qurumu statusunun verilməsi haqda qərar qəbul edilib, bununla əlqədar İKGF başlıqlı 3/32-C saylı xüsusi qətnamə qəbul edilib.

Bununla da Azərbaycanın mühüm təşəbbüsü tam hüquqlu beynəlxalq təşkilat kimi rəsmiləşir. İlk dəfə olaraq İKT daxilində birbaşa Azərbaycan tərəfindən təsis olunan qurum fəaliyyətə başlayır. Bu qurum bir tərəfdən müsəlman aləmində gənclər arasında əlaqələrin, əməkdaşlığın inkişafına xidmət edir, digər tərəfdən Azərbaycanın bu nüfuzlu qurumda daha geniş fəaliyyət göstərməsi üçün mühüm fürsət idi.

İƏT gənclərin yeni “paytaxtı” – İstanbul

Təşkilatın yaradılmasının ilk günündən Azərbaycan qardaş Türkiyənin quruma ev sahibliyi istəyinə səmimi dəstəklə yanaşıb. Beləliklə yeni Forumun qərargahının İstanbulda yerləşməsi haqqında bənd həm Bakıda keçirilən Təsis konfransının, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin İƏT zirvəsi üçün hazırladığı mətndə öz əksini tapıb. Qardaş ölkənin bu istəyinin məhz Forumun təşəbbüskarı olan azərbaycanlı baş katib E.İskəndərovun İKT Səna zirvəsində səsləndirib müdafiə etməsi isə təklifin legitimliyini daha da artırmışdı. Baxmayaraq ki, buna qarşı bəzi ölkələrdə tərəddüdlər var idi. Azərbyacanın Türkiyənin yanındakı bu dik duruşu Forumla bağlı qərarda İKGF-nin mərkəzi qərargahının məhz İstanbulda yerləşməsi təsdiq edildi.

Lakin bu qərarın həyata keçirilməsi bir müddət vaxt apardı və yalnız 2006-ci ilin sentyabrında Türkiyə hökumətinin ayırdığı qərargahın açılışı baş verdi. O illəri xatırlayan E.Əsgərovun sözlərinə görə, bunun səbəbi Türkiyədə o zaman baş verən daxili proseslər idi və bu ziddiyyətlər haqqında hələ danışacayıq. E.Əsgərov onu da xatırlayır ki, arada yaranan il yarımlıq fasilə zamanı qurumun ofisi kağız üzərində İstanbul olsa da faktiki olaraq Bakıda yerləşirdi. Bir müddət maaş belə almayan ofisin azərbaycanlı heyətinin fədakarlığı nəticəsində Forum nəinki ayaqda durdu, hətta beynəlxalq əlaqələrini genişləndirdi və bu əmanəti layiqincə qoruyaraq İstanbul mərkəzinin açılışınadək yükü öz çiyinlərində daşıdı.

Nəhayət, 3 sentyabr 2006-cı ildə isə İstanbul Dünya Ticarət Mərkəzində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş Qərargahının açılması ilə bağlı təntənəli beynəlxalq mərasim keçirilir. Tarixi Dolmabaxça sarayında İKGF-nin baş qərargahının açılışı münasibətilə keçirilən, onlarla İƏT üzv ölkəsinin hökumət və diplomatik nümayəndələrinin iştirak etdiyi təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Nəvaz Şərif təşkilatın yeni Qərargahının açılışını və rəsmi fəaliyyətə başlamasını təbrik edib, uğurlar arzulayırlar.

Bu tədbir üçün xüsusi olaraq İstanbula səfər etmiş Azərbaycan Prezidenti bir daha gəncliyə, ölkəmizin İslam dünyası ilə əlaqələrinə verdiyi diqqəti nümayiş etdirir. Mərasimdə səsləndirdiyi proqram çıxışında o, yeni yaranmış quruma sadəcə gəncliyin problemlərinin həlli ilə deyil, həmçinin müsəlman ölkələrinin ortaq problemləri ilə yaxından məşğul olmağı, bu sahədə həmrəyliyi möhkəmləndirməyi tövsiyyə edir.

Təşkilatın qərargahının açılışı ilə bağlı Türkiyə hökumətinin o zaman baş nazir olan Ərdoğanın şəxsi dəstəyinə baxmayaraq, məsələnin hüquqi rəsmiləşdirilməsi Böyük Millət Məclisinin təsdiqini tələb edirdi. Burada isə gözlənilmədən böyük siyasət gənclərin önündə əngəl olur. E.Əsgərov xatırlayır ki, 2007-ci il AKP hökümətinə qarşı müxalifətin hücumları ilə müşayiət olunurdu, hətta 30 martda hərbçilər tərəfindən elektron ultimatum da imzalanmış, AKP-nin bağlanması ilə Konstitusiya Məhkəməsində iddia qaldırılmışdı. Məhz bu şəraitdə AKP-nin Məclisə təqdim etdiyi bir sıra qərarlar sırasında İKGF-nin baş qərargahıyla əlaqədar qanun layihəsi də hədəfə götürülərək gözləməyə qoyuldu. Hətta qəzetlərdə gedən bəzi sifarışli yazılar, bu təşkilatın Türkiyəyə gətirilməsini ərəblərin təşəbbüsü və bununla Türkiyəni islamlaşdırmaq cəhdi kimi də qələmə verməyə çalışdılar.

Bu çəkişmələr nə az, nə çox 4 il davam etdi. Bu müddət ərzində İKGF katibliyinin mövqeyindən çox şey asılı idi. Bir tərəfdən geniş fəaliyyət həyata keçirərək təşkilatın səmərəli, müasir və çağırışlara cavab verən qurum olduğunu həm İƏT üzvü ölkələr, eləcə də ev sahibi ölkədəki gözü götürməyənlərə sübüt etmək lazim idi, digər tərəfdən isə hüquqi prosedurun tamamlanmadığı şəraitdə təşkilata sahib çıxmaq istəyən digər ölkələrin qarşısında duruş gətirmək lazım idi. O illər ərzində İKGF katibliyinə qoşulan gənc diplomatımız, uzun müddət İKGF katibliyinin direktoru olmuş, hazırda Avrasiya Regional Mərkəzinin baş direktoru olan Elməddin Mehdiyev xatırlayır ki, bu durum İKGF-nin İdarə Heyətində bir neçə dəfə müzakirə olunub. Bəzi ölkələr hətta Türkiyədə ev sahibliyi anlaşması ratifikasıya edilmədiyi təqdirdə qərargahın başqa yerə köçürülməsini də təklif ediblər. Məhz o zaman təşkilatın baş katibi olan E.İskəndərovun mövqeyi nəticəsində bu səslər susdurulub və mövqe sonadək dəyişməyib. E.İskəndərovun rəhbərliyi ilə İdarə Heyətinin formalaşdırdığı nümayəndə heyəti TBMM-də təmsil olunan bütün partiyalarla görüşərək, qərargahın İstanbulda saxlanmasının siyasi və mənəvi əhəmiyyətini izah edərək önəmini vurğulayıblar. Nəticədə bu mövqe üstünlük qazanır və TBMM-də müvafiq qanun təsdiqlənir. Bununla da İKGF-nin necə deyərlər ev sahibi ölkədə pasportu da qazanıldı.

Artıq müsəlman gənclərinin mərkəzi, inkişaflarına təkan verəcək qurum baş qərargahla təmin edilmişdi. İslam dünyası gənclərinin yeni təşkilatı Avropanın ən böyük şəhərində, Şərqin qədim paytaxtında yerləşəcəkdi. Bu, yeni təşkilata fəaliyyət üçün böyük imkanlar demək idi. Məhz bu səbələrdən illər sonra bu günə ithaf olaraq, 3 sentyabr müsəlman ölkələrində “Gənclər Günü” kimi rəsmiləşəcəkdi.


(Ardı var)


Kənan Rövşənoğlu



Yerləşdirilib:16 Dekabr, 2019  11:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com