Kərkükdə İŞİD-in öldürülmüş sabiq lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu və müavini, "İbn Haldun" kimi tanınan Hamid Şakir Sabaa əl-Bədri yaxalanıb.
Bu barədə İraqın güc strukturlarına istinadən "As-Sumariya" telekanalı bildirib.
İbn Xaldun Salah-ed-Din əyalətində "hərbi əmir" hesab edilib və kəşfiyyatla məşğul olub. Qeyd edilir ki, o, Bağdadinin zərərsizləşdirilməsindən sonra ən çox axtarılan ekstremistlərdən biri idi.