İraq Məhkəməsi son 50 gündə ölkədə baş qaldırmış aksiyalar, etirazlar və iğtişaşlar zamanı saxlanılmış şəxslərdən 2500-ü sərbəst buraxıb.
Bunu ölkənin baş naziri Adil Əbdül-Mehdi bu gün Nazirlər Kabinetinin toplantısında deyib.
İraq baş naziri bildirib ki, ölkə məhkəməsi saxlanılanlardan 2500-ü sərbəst buraxıb.
Onun sözlərinə görə yerdə qalan 240 nəfərə qarşı qaldırılmış ittihamlar araşdırılır.
Adil Əbdül-Mehdi bildirib ki, onun başçılıq etdiyi "hökumət tənqidləri qəbul edir və hökumətlə yanaşı parlament də bir sıra siyasi məsələlərin məcrasının düzgün şəkildə yoluna qoyulması üçün hərəkətə keçib."