İraqın paytaxtı Bağdadda partlayış zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı həmçinin 30 nəfər yaralanıb. Məlumata görə, partlayış hökumət əleyhinə aksiyanın keçirildiyi ərazinin yaxınlığında, "əl-Tayaran" meydanında, "Təhrir" meydanı yaxınlığında törədilib.
Bomba avtomobilə quraşdırılıb.