İraqın Prezident Administrasiyası ölkədə icrası müəyyən edilmiş islahatların daxili qərar olduğunu və xaricdən edilən müdaxiləni rədd etdiyini bildirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, İraqın Prezident Administrasiyası xarici dölətlərin o cümlədən ABŞ-ın aksiyalarla bağlı mövqeyinə münasibət bildirib.
Bəyanatda bildirilib ki, ölkədə təyin edilmiş islahatlar daxili qərardır və onlar həyata keçiriləcək.
Həmçinin bu bəyanatda əlavə edilib ki, xarici dövlətlərin ölkənin cari məsələlərinə müdaxiləsi rədd və qeyri məqbul hesab edilir.
Qeyd edək ki, bu gün ölkə parlamentinin ən böyük siyasi cinahı "Sairun" fraksiyasının lideri Müqtəda Sədr də Amerikaya İraqın daxili məsələlərinə müdaxilə barədə xəbərdarlıq etmişdi.
Bildirək ki, Ağ Ev ötən gün İraq hökumətini növbədənkənar seçkilərə çağırıb.