İraq polisi İŞİD-dən azad edilmiş Mosul şəhərində terror təşkilatının 5 təhlükəli üzvünü ələ keçirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi bəyanat verib.
Nazirliyin bəyanatında deyilir ki, Mosul şəhərində Dəclə çayının sağ sahilində İŞİD terror təşkilatının "şəriət polisi"nin iki, "şəriət məhkəməsi"nin isə 3 təhlükəli üzvü ələ keçirilib.
Qeyd edək ki, Mosul şəhəri İŞİD terror təşkilatının işğalında 3 il qaldıqdan sonra, 2017-ci ilin sonunda azad edilib. Şəhərdə vaxtaşırı İŞİD-in gizli otaqlarına qarşı reydlər keçirilir. Şəhər 3 il boyu İŞİD-in İraq üzrə "paytaxt"ı olub.