Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində təxminən 22 miqrantın olduğu qayığı saxlayıblar.
Qayıq yerli vaxtla 7:00 saatlarında saxlanılıb.
Miqrantlar Duvr şəhərindəki miqrasiya xidmətinə təhvil verilməzdən əvvəl tibbi müayinədən keçəcəklər.
Saxlanılanların yaşı və milliyyəti barədə məlumat verilməyib.