İraqda baş verən partlayış zamanı beş italiyalı hərbçi xəsarət alıb.
Bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər İraq təhlükəsizlik qüvvələrini terrorçu qruplara qarşı öyrədilməsi üçün missiyanın tərkibində olublar.
Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib. Onlar ABŞ vertolyotları ilə evakuasiya edilərək xəstəxanaya aparılıb.
Beş yaralıdan üçünün vəziyyəti ağırdır. Lakin onların həyatı üçün təhlükə yoxdur.
Bildirilib ki, hadisə barədə hərbçilərin yaxınlarına məlumat verilib.