Dağıstanda İŞİD terror təşkilatının iki tərəfdarı xüsusi xidmətlər tərəfindən tutulub.
Bu barədə TASS Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir.
Xüsusi xidmət orqanının məlumatına görə, Dağıstanda terror təşkilatını maliyyələşdirənlər azı 10 milyon rubl toplayaraq yaraqlılara göndərib.
Axtarışlar zamanı ödənişlər və çeklər aşkarlanıb. Saxlanılanlar müstəntiqlərə İŞİD maliyyələşdirilməsi mexanizmləri barədə məlumat veriblər.