2009-cu ildə Novruz bayramının daha geniş və təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Novruz bayramının daha yüksək səviyyədə keçirilməsi 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlıdır: "Novruz bayramının qeyd edilmə səviyyəsi gündən-günə artır. Hesab edirəm ki, bu, təkcə hansısa ölkənin bayramı deyil".