Türkiyə rus tərəfdaşlarına inanır, ancaq terrorçulara etibar etmir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya tərəfinin terror təşkilatı YPG/PKK qüvvələrinin Suriyanın şimalındakı təhlükəsizlik zonasından çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Rusiya bizə PKK/YPG ünsürlərinin getdiyini bildirdi. Rus tərəfdaşlarımıza etibar etməliyik, ancaq terrorçulara etibar edə bilmərik", Çavuşoğlu Cenevrədə keçirilən mətbuat konfransında bildirib.
Cenevrədə başlayacaq Suriya Konstitusiya Komitəsinin iclaslarının mövzusundan danışan diplomat, "yeni Suriya konstitusiyası ilə bağlı danışıqların başlaması irəliyə doğru böyük bir addımdır" deyə bildirib.