ABŞ Nümayəndələr Palatası, Suriyadakı hərbi əməliyyatlar ilə əlaqədar, həmçinin Ankaranın Rusiyadan S-400 zenit-raket sistemlərini satın alması ilə bağlı Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi ABŞ prezidenti Donald Trampa Türkiyənin Müdafiə naziri Hulusi Akar da daxil olmaqla Suriyadakı hərbi əməliyyatda iştirak edən Türkiyə rəsmilərinə sanksiya tətbiq etməyə imkan verir.
Qanun layihəsi "Amerikanın düşmənlərinə qarşı sanksiyalar yolu ilə qarşı çıxmaq" qanununa əsasən Rusiya ilə S-400 müqaviləsi bağladığı üçün Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur.