ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.
Faktı ABŞ prezidenti Donald Tramp təsdiq edib.
O, qeyd edib ki, Suriyanın İdlib vilayətində keçirilən əməliyyat zamanı ABŞ ordusunun hərbçiləri xəsarət almayıb.
ABŞ lideri həmçinin, əməliyyat zamanı Əbu Bəkr əl-Bağdadinin bir çox silahdaşının məhv edildiyini də qeyd edib.