Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud, şahzadə Faysal bin Farhan Al Saudu sələfi İbrahim əl-Assaf təyin edildikdən cəmi 10 ay sonra ölkənin yeni xarici işlər naziri təyin edib.
Islam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Bin Farhan son bir neçə ay ərzində Səudiyyə Ərəbistanının Almaniyadakı səfiri, daha əvvəl isə Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirliyində siyasi məsləhətçi vəzifəsində çalışıb.
O, həmçinin Kral Salmanın oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşaviri vəzifəsini də icra edib.