ABŞ-ın terrorçularla əlaqəsi olması bəhanəsi ilə "Mahan Air" aviaşirkətinə qarşı sanksiyalar tətbiq etməsi zəvvarlar üçün böyük problemlərə səbəb olub.
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, bu ildə zəvvarların daşınmasını nəzərdə tutulan 274 aviareysin 141-ni məhz "Mahan Air" həyata keçirilməli imiş.
Ziyarətə gedəcək 51196 zəvvardab 48415 məhz bu şirkətin xidmətlərindən istifadə etməyi nəzərədə tutub. Bildirək ki, hər il İrandan müqəddəs yerlərə 12 avireys həyata keçirilir. Bunlardan 8-i Ciddəyə, 4-ü isə Mədinə şəhərinə baş tutur.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi "Mahan Air" aviaşirkətini Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirinə süi-qəsddə şübhəli bilinən şəxslərinə daşınmasında ittiham edərək ona qarşı sanksiyalar qoyub.
ABŞ tərəfi aviaşirkətin Livan qruplaşması - "Hizbullah" və İran inqilabı mühafizəçiləri korpusuna tabe olan Əl-Qüds qruplaşmasının üzlərinin daşınmasını həyata keçirdiyini iddia edir.