POPULYARXƏBƏRLƏR

“Milli dəyərlərimizə qəsd edənlərin dövlətimiz tərəfindən durdurulması zəruridir...”

Son günlər bir sıra ictimaiyyət nümayəndələri telekanallar və digər media vasitələrində cinsi azlıq deyilən məxluqlara hədsiz meydan verilməsi ilə bağlı həyəcan təbili çalmaqdadır...

İslam.az xəbər verir ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc xanım Əzimbəyli də Moderator.az-a açıqlamasında bu məsələ ilə bağı kəskin  və qəti mövqeyini bildirib:

““Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi  daim mediada, qəzetlərdə və xüsusən telekanallarda milli-mənəvi, dini dəyərlərimizə zidd təsirlərin aşılanmasını, təbliğ edilməsini  qətiyyətlə pisləyib. Biz dəfələrlə bildirmişik ki, Azərbaycanda hansı problemlər olsa da, sevindirici hal odur ki, milli, dini, əxlaqi  dəyərlərimizin təəssübkeşi, mühafizəçisi kimi dövlətimiz özü çıxış edir. Bu, bir xalq olaraq bizim uğurumuzdur.  Azərbaycan müsəlman, türk ölkələri arasında yeganə ölkədir ki, Prezident İlham Əliyev tərəfindən rəsmi dövlət qurumu olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradııb. Bu, dünyəvi bir ölkə olan  müsəlman ölkəsi üçün böyük uğurdur. Bu, faktdır. Ancaq çox təəssüflər olsun ki, hətta Azərbaycan dövlətindən maliyyə dəstəyi alan,  ölkənin ən məşhur özəl şirkətləri tərəfindən sponsorluq edilən  bəzi telekanallar bizim müqəddəs milli, dini dəyərlərimizə zidd əxlaq və həyat tərzini təbliğ edir və gündəmə daşıyır. Cinsi azlıqların bir sıra nümayəndələrinə teleekranlarda meydan verilməsi vasitəsi ilə milli, dini, ailə əxlaqımıza zidd  təbliğat aparılması artıq milli mənəvi-əxlaqi dəyərlərimizə, o cümlədən ailə institutuna və bilavasitə xalqa, dövlətə qarşı və deməli, Prezidentin rəsmən bəyan etdiyi kursa qarşı bir qəsd planından xəbər verir. Bu da gələcəyimiz, xüsusən uşaq və gənclərimizin formalaşması üçün böyük təhlükədir. Odur ki, milli mənəvi dəyərlərimizə qəsd edənlərin dövlətimiz tərəfindən təcili şəkildə durdurulması zəruridir...”

Milli, dini dəyərlərimizin təbliği ilə məşğul olan QHT rəhbəri sözügedən mənəvi-əxlaqi problemin bütün sahələrdə olduğu kimi, torpaqlarımızın azadlığı yolunda da əngəllər yarada biləcəyini  hesab edir:

“Onu vurğulamaq lazımdır ki, günü-gündən vüsət alan bu əxlaqsızlıq təbliğatı ölkə həyatının bütün sahələrinə öz təsirini qoyur. Və unutmamalyıq ki, bizim Qarabağ boyda bir faciəmiz var. Torpaqlarımız 30 ilə yaxındır ki, işğal altındadır. Unutmamalıyıq ki, qız-gəlinlərimiz hələ də əsirlikdədir. Sabah biz hansı gəncləri orduya, o torpaqların, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın azadlığı uğrunda savaşa göndərəcəyik? Belə antimilli  təbliğata uymuş, mənəvi, əxlaqi deformasiyalara məruz qalmış, cinsi azlıqların ruhu aşılanmış gənclərimi? Axı bu gün valideyn tərbiyəsindən daha çox telekanal, internet, sosial şəbəkələrin təsiri altında olan bir sıra uşaqlar, yeniyetmələr, gənclər  o əxlaqsız məxluqların apardığı, iştirak etdiyi verilişlərə, şoulara tamaşa edərkən bunu “müasir”, “modern” deyilən dünyada normal bir hal kimi qəbul edirlər. Onlar yanlış olaraq düşünürlər ki, deməli, özləri də bu cinsi azlıqların geyim, saç düzümü, davranış və həyat tərzinə malik olsalar, cəmiyyətdə daha çox məşhurlaşar, daim gündəmdə olarlar.  Bu, şəxsən bir Azərbaycan, müsəlman xanımı olaraq, bir ana olaraq mənim üçün çox üzücü bir haldır. Bu gerçəklikləri dərk etməyə daha çox borclu olan və hər kəsin evinə, ailəsinə, mətbəxinə nüfuz edən telekanal rəhbərləri dərindən düşünüb nəticə çıxarmalıdırlar. Biz onları bu məsələdə milli mənafelərimizin, dövlət mənafelərinin yanında olmağa çağırırıq. Əgər bu haqda düşünmürlərsə, o halda bir daha təkrar edirəm, dövlətin müvafiq orqanlarının bu məsələnin  üzərinə getməsi vacibdir...”

S.Əzimbəyli bəzi telekanal rəhbərlərinin “biz özəlik, müstəqilik” deyərək yaxalarını kənara çəkmək cəhdinə də toxunaraq deyib:

“Bəzi telekanal rəhbərləri belə mövzularda danışarkən cavab verirlər ki, biz özəlik, müstəqilik... Biz də onlara sual edirik: bəs sizin xalq, vətən, dövlət qarşısında vətəndaşlıq borcunuz,  bəs işğal altındakı torpaqlarımız, əsirlikdəki qız-gəlinlərimiz, şəhidlərimiz qarşısındakı mənəvi borcunuz? Bunları kim daşımalıdır, yerinə yetirməlidir?..

Bir sözlə, cinsi azlıqları və onların əxlaqını gündəmə daşıyanlar bu millətin və dövlətin əleyhinə olanlardır. Birdəfəlik  bilmək lazımdır ki,  əxlaqsız məxluqları cəmiyyətimizə etalon, nümunə kimi təşviq etmək nə İslami, nə də milli dəyərlərimizə qətiyyən uyğun deyil. Dövlətimizi bu iyrənc xisləti, bu mənəviyyatsızlığı, əxlaqsızlığı gündəmə daşıyanları tez bir zamanda durdurmağa çağırırıq...”



Yerləşdirilib:23 Oktyabr, 2019  11:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com