POPULYARXƏBƏRLƏR

Bu gün, oktyabrın 19-u, Ərbəindir - Aşuranın 40-cı günü

Bu gün, oktyabr ayının 30-u, hicri-qəməri təqvimlə səfər ayının 20-si, Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır.

Xatırladırıq ki, İmam Hüseynin (ə) və silahdaşlarının faciəli qətli ilə əlaqədar saxlanılan matəm mühərrəm ayının 10-da (aşura günündə) başlanır və 40 gündən sonra (ərbəin günündə) sona çatır. Elə «ərbəin» gününün ərəb dilindən tərcüməsi də «qırx» deməkdir.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixini aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlayırlar. Kərbəlada Şəhidlər Sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Diməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynül-abidin (ə) də var idi. O, aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə sağ qalmışdı.

Kərbəla faciəsinin xəbəri Mədinəyə çatanda şəhərdə misli görünməmiş həyəcan başladı. Hamı Peyğəmbərin əziz nəvəsinin və Onu qoruyan dəstənin şəhadətinə təəssüflənirdi. Mədinədəki matəm mərasiminə şəhərin ən nüfuzlu şəxsləri – Peyğəmbərin hələ sağ olan bəzi həyat yoldaşları, qocaman səhabələr başçılıq edirdilər. Belə bir şəraitdə məşhur səhabə Cabir ibn Abdullah Ənsari Mədinədən çıxıb Kərbəlaya gəlir və şəhidlərin məzarını ziyarət edir. Onu bu səfər zamanı Ətiyyə ibn Səd ibn Cünadə Övfi adlı səhabə müşayiət edirdi. (Cabirin bu zaman 75-dən artıq yaşı vardı, qocalıqdan gözləri tutulduğu üçün Ətiyyə ona bələdçilik edirdi). Rəvayətə görə, Cabir Kərbəla məkanına çatdıqdan sonra (o zaman buralar çöllük idi) Fürat çayında qüsl almış, özü ilə gətirdiyi pak və təzə paltarı geyinmiş, ətirlənmiş, sonra İmam Hüseynin (ə) və əzizlərinin mübarək qəbirlərini ziyarət etmək üçün ayaqyalın halda yola düşmüşdü. Ətiyyə rəvayət edir ki, Cabir əvvəlcə İmam Hüseynin (ə) qəbrini ziyarət etdi, məzarın üzərində o qədər ağladı ki, bihuş oldu. Ayılanda söylədi: «Həbib (sevgili, yəni İmam Hüseyn) öz həbibinə (yəni Cabirə) niyə cavab vermir?». Sonra Cabir sair şəhidlərin qəbrlərinə də salam verdi, qayıdanda isə Ətiyyəyə belə dedi: «Ali-Mühəmmədi (yəni Əhli-beyti) sevənləri sən də sev. Ali-Mühəmmədə düşmən olanlarla sən də düşmənçilik et; hətta bunlar namaz və oruc əhli olsalar belə».

Beləliklə, tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynül-abidinin (ə) məhz ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır. Amma bu ziyarətin Kərbəla hadisəsi baş verən il yoxsa növbəti il həyata keçirilməsi barədə alimlərin fikri fərqlidir. Bəzi tədqiqatçıların qənaətinə görə, faciədən 40 gün sonra, yəni birinci ərbəin günündə Əhli-beyt tərəfindən məzarların ziyarət edilməsi qeyri-mümkündür. Çünki Kərbəladan Şama kimi yol 40 mənzildən ibarətdir və əsirlər karvanı bu yolu ən sürətli gedişlə ən azı 20 günə qət edə bilərdilər. Əsirlərin Şamda bir neçə gün qaldıqlarını və geri qayıtmaq üçün də ən azı 20 gün tələb edildiyini nəzərə alsaq, birinci ərbəin günündə onların Kərbəlada olması inandırıcı görünmür. Daha səhih məlumatlara görə, Əhli-beyt üzvləri tərəfindən Kərbəlanın ziyarət edilməsi növbəti ilin ərbəin günündə baş tutmuşdur (bax: Şeyx Abbas Qummi. Müntəhal-amal, I, 524-525).

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) «Ərbəin ziyarətnaməsi»ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. «Ərbəin ziyarətnaməsi»nin iki varinatı mövcuddur. Daha geniş yayılmış birinci variantı Səfvani-cəmmal (dəvəotaran Səfvan) adlı səhabə İmam Cəfər Sadiqdən (ə) rəvayət edib. Ziyarətnamənin ikinci variantı isə Cabir ibn Abdullahdan rəvayət edilib və onun həmin ərbəin günü oxuduğu ziyarətnamədən ibarətdir. Bu variant hazırda daha çox rəcəb ayının ortalarında İmam Hüseynin (ə) ziyarətnaməsi kimi oxunur. Hər iki ziyarətnamə məşhur dua kitabı olan «Məfatihül-cinan»da verilib; oxumaq istəyənlər həmin kitaba müraciət edə bilərlər.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.



Yerləşdirilib:19 Oktyabr, 2019  00:03, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com