İraqın müdafiə naziri Suriyadan bu ölkəyə qaçmış bir neçə İŞİD döyüşçüsünün tutulduğunu bildirib.
Bu barədə INA agentliyi məlumat yayıb.
"Suriyadan qaçmış bir neçə İŞİD döyüşçüsü İraq ərazisində saxlanılıb", - deyə agentlik nazir Nadjah əş-Şamrinin mətbuat xidmətinin bəyanatına istinadən bildirib.
Lakin terrorçuların saxlanılmasının təfərrüatları açıqlanmır.
Çərşənbə günü nazir Suriya-İraq sərhədində vəziyyətlə tanış olub. Nazir vurğulayıb ki, İraqın ərazisinə qanunsuz girənləri təqib etməyə davam edəcəklər. İraq sərhədin qanunsuz pozulması hadisələrinin qarşısının alınması üçün sərhədin mühafizəsini gücləndirib.