ABŞ sanksiyalarına görə narahat deyilik. İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Azərbaycandan dönərkən jurnalistlərə açıqlama verən Ərdoğan, ABŞ prezidenti Donald Trampın sanksiya ilə bağlı təhdidlərini şərh edib:
"Hədəfimiz bəllidir, sanksiya ilə bağlı heç bir narahatlığımız yoxdur. "Barış Pınarı hədəfinə çatana qədər davam edəcək", Ərdoğan deyib.
9 oktyabrda Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Türkiyə aviasiyası eyni gündə iki ölkənin sərhədindəki Ras əl-Ayn şəhərinə və Suriyanın bir sıra digər şəhərlərinə hücum edib. Daha sonra əməliyyatın yerüstü mərhələsinin başlandığı elan edilib.
Ötən gün ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb. Sərəncam Türkiyəni Suriyadakı əməliyyatı dayandırmağa məcbur etmək üçün təzyiq göstərmək məqsədi daşıyır.