"İsrail bir ölkənin bütününü işğal edib. Bu dövlətlə əlaqələri normllaşdırmaq xəyanətdir və hər kim bu işi görsə xəyanət itihamı ilə cəzalandırılmalıdır. Mən Suriya dövləti ilə də əlaqələri bərpa edəcəm."
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Tunisin yeni prezidenti Qeys Səid deyib.
Seçkilərdə qələbə qazandıqdan sonra jurnalistlərə ilk açıqlamasında Qeys Səid bildirib ki, fələstinlilərə dəstək və İsraillə əlqaələri normallaşdırmağı qadağan etmək onun xarici siyasətinin tərkib hissəsi olacaq.
O İsraillə əlaqələri normallaşdırmağı ərəb xalqına edilən xəyanət adlandırıb.
Tunis prezidenti həmçinin bildirib ki, Suriya dövləti ilə əlaqələri də bərpa edəcək.
Qeys Səid söz verib ki, ikinci xəlifə Ömər bin Xəttab kimi siyasət yürüdəcək.
O həmçinin bu açıqlaması zamanı ona səs verməyənlərə də təşəkkür edib.