Kürd bölmələri ilə Suriya Ordusu arasında əldə edilən razılaşmaya əsasən ikinci Hələb əyalətinin şimal-şərqindəki Mənbicə və Rəqqa əyalətinin şimalında bir sıra bölgələrə daxil olub.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu ötən gün Təbəqa, Təll-Təmr adlı bölgələrə daxil olduqdan sonra Fəratın qərbindəki Mənbic şəhərinə də daxil olub.
Suriyanın Sərhəd Qoşunlarının Beşinci Alayı Türkiyə sərhədində yerləşən Eynul-Ərəb (Kobani) istiqamətdə hərəkətə başlayıblar.
Suriya Ordusu bu bölgələri Həsəka və Qamışlıya (ölkənin şimal-şərqi) birləşdirən M-4 avtobanının əksər hissəsini də nəzarətə götürüb.
Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında kürd bölmələrinə qarşı hərbi əməliyyatından sonra ikinci rəsmi Dəməşqlə razılaşıb. Suriya Ordusu beş ildən sonra deyilən ərazilərdə nəzarəti bərpa edib.