İsrailin müdafiə naziri Ehud Barak bu ilin avqustunda İsrail-Misir sərhəddində yəhudi hərbçilərin açdığı atəş nəticəsində misirli polislərin öldürülməsinə görə üzr istəyib.

SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, İsrailin Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir: "Hadisənin araşdırılması ilə məşğul olan komissiyanın hesabatının nəticələrinə əsaslanaraq İsrailin müdafiə naziri Ehud Barak misirli polislərin öldürülməsinə görə üzr istəyir".