Suriya ərazisindən terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və artilleriya zərbələri nəticəsində 6 dinc sakin həlak olub.
İslam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.
Məlumatı Akçakele bələdiyyəsinin nümayəndəsi yayıb.
Yaralanlar xəstəxanaya yerləşdirilib.