"Əl-Qaida" terror şəbəkəsi Usama Bin Laden qətlə yetirildikdən sonra yeni lider seçilən misirli Ayman Ənvər əl-Zəvahirinin növbəti video görüntüsünü yayımlayıb. Təşkilatın saytlarından birində yayımlanan 13 dəqiqəlik müraciətdə Ənvər əl-Zəvahiri Əlcəzair xalqını " ölkə prezidenti Əbdeləziz Botiflikə qarşı qalxmağa və onu devirməyə çağırıb".
SalamNews-un ''Reuters''ə istinadən verdiyi xəbərə görə, "Əl-Qaida" lideri əlcəzairliləri Liviya xalqından ibrət götürüb hakimiyyəti devirməyə çağırıb. Bundan başqa, o Misir, Tunis və Liviya xalqlarına dəstək olacaqlarını da sözlərinə əlavə edib.